Əsas Səhifə > XARİCİ XƏBƏR > Kolumbiyada yük maşını dərəyə aşıb, 8 əsgər ölüb

Kolumbiyada yük maşını dərəyə aşıb, 8 əsgər ölüb


25-02-2025, 09:11


Kolumbiyanın cənub-qərbində yük maşınının dərəyə aşması nəticəsində 8 əsgər həlak olub, 16-sı isə yaralanıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə ölkə prezidenti Qustavo Petro məlumat verib.

“Narinyoda yol qəzasında ölkəmizə və Kolumbiya xalqına xidmət edən 8 əsgər həlak olub. Bu çox üzücü hadisədir və ölənlərin yaxınlarına başsağlığı verirəm”, - deyə o qeyd edib.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, 100 metr hündürlükdən düşən yük maşınında 36 əsgər olub. Qəzanın səbəbləri hələ müəyyən edilməyib.


Geri qayıt