Əsas Səhifə > SAĞLAMLIQ > Qarlı havada 111 nəfər yıxılaraq xəsarət alıb

Qarlı havada 111 nəfər yıxılaraq xəsarət alıb


24-02-2025, 12:32


Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna qarlı hava şəraiti ilə əlaqəli olaraq 23 fevral tarixindən bu saata qədər 111 nəfər müraciət edib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Qeyd olunub ki, xəsarət alan şəxslərdə əsasən sınıqlar, bilək və said nahiyəsində deformasiya, kəskin ağrı və şişkinlik müşahidə olunub. 8 nəfər əməliyyat üçün stasionara qəbul edilib.


Geri qayıt