Əsas Səhifə > FUTBOL > "Zirə" təxirə salınmış oyunda "Kəpəz"lə üz-üzə gələcək
"Zirə" təxirə salınmış oyunda "Kəpəz"lə üz-üzə gələcək24-02-2025, 09:26 |
Misli Premyer Liqasının XXIV turundan təxirə salınmış “Zirə” - “Kəpəz” matçı bu gün keçiriləcək. Şəffaflıq.az xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda baş tutacaq görüşün start fiti saat 16:00-da səsləndiriləcək. “Zirə” hazırda turnir cədvəlində 42 xalla üçüncüdür. Doqquzuncu pillədə qərarlaşan “Kəpəz”in isə 19 xalı var. Misli Premyer Liqası III dövrə, XXIV tur 24 fevral 17:00. “Zirə”– “Kəpəz” Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Teymur Teymurov, Elçin Məsiyev. Qeyd edək ki, turun əvvəlki görüşlərində “Araz-Naxçıvan” “Səbail”lə (0:0), “Qarabağ” “Sabah”la (1:1) heç-heçə edib.”Turan Tovuz” səfərdə “Şamaxı”nı, “Neftçi” isə “Sumqayıt”ı 1:0 hesabı ilə üstələyib. Geri qayıt |