Əsas Səhifə > XARİCİ XƏBƏR > Pit Heqset:Pentaqonun büdcəsi azaldılır
Pit Heqset:Pentaqonun büdcəsi azaldılır24-02-2025, 09:05 |
ABŞ-nin müdafiə naziri Pit Heqset qarşıdakı beş il ərzində müdafiə nazirliyinin büdcəsini hər il 8 faiz azaldılması barədə göstəriş verib. Şəffaflılq.az xəbər verir ki, bu barədə “The Washington Post” onun əlində olan sənədə istinadən məlumat yayıb. 2024-cü ilin dekabrında ABŞ-nin keçmiş prezidenti Co Bayden ölkənin 2025-ci maliyyə ili üçün müdafiə büdcəsini (oktyabrın 1-dən başlayıb) 895 milyard dollar səviyyəsində təsdiqləyib. ABŞ-nin keçmiş müdafiə naziri Lloyd Ostin isə Amerika hökumətinə planlaşdırılmış müdafiə xərclərini hər il 50 milyard dollar artırmağı təklif etmişdi. Bu plana əsasən 2026-cı maliyyə ilində xərclər 926,5 milyard dollar, 2027-ci ildə 972,8 milyard dollar, 2028-ci ildə isə 1 trilyon dollardan çox məbləğdə nəzərdə tutulurdu. Geri qayıt |