Əsas Səhifə > FUTBOL > Misli Premyer Liqasında XXIV tura yekun vurulacaq.
Misli Premyer Liqasında XXIV tura yekun vurulacaq.23-02-2025, 12:18 |
Misli Premyer Liqasında XXIV tura yekun vurulacaq. Şəffaflıq.az xəbər verir ki, ilk olaraq "Şamaxı" "Turan" Tovuzu qəbul edəcək. Məlumata görə, qarşılaşma saat 14:30-da başlayacaq. Ardınca isə "Zirə" "Kəpəz"i sınağa çəkəcək. Matçın start fiti saat 17:00-da start götürəcək. Turnir cədvəlində "Zirə" 42 xalla üçüncü, "Turan" Tovuz 39 xalla dördüncü sırada yer alıb. 2 xalı olan "Şamaxı" səkkizinci və 19 xala malik "Kəpəz" doqquzuncu yerdə qərarlaşıb. Geri qayıt |