Əsas Səhifə > FUTBOL > Premyer Liqada 24-cü turun oyunları davam edir.
Premyer Liqada 24-cü turun oyunları davam edir.Dünən, 09:59 |
Premyer Liqada 24-cü turun oyunları davam edir. Şəffaflıq.az xəbər verir ki, bu gün əvvəlcə “Araz-Naxçıvan” öz meydanında “Səbail”i qəbul edəcək. Günün ikinci matçında - turun mərkəzi qarşılaşmasında “Qarabağ” öz meydanında “Sabah”ı qəbul edəcək. Hazırda Ağdam klubu 56 xalla çempionatın vahid lideridir. “Sabah” isə 32 xalla beşinci pillədə qərarlaşıb. Son iki turda qalib gələn Qurban Qurbanovun komandasından fərqli olaraq “Sabah” son 6 matçdan yalnız birində 3 xal qazanıb. Cari mövsüm bu komandaların qarşıdurmasında “Qarabağ” üstün tərəfdir. İlk dövrədəki matç Ağdam klubunun 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. İkinci görüşdə isə qalib aşkarlanmayıb - 1:1. Premyer Liqa, XXIV tur 22 fevral (şənbə) 19:00. “Qarabağ” - “Sabah” 16:00. “Araz-Naxçıvan” - “Səbail” Geri qayıt |