Əsas Səhifə > SİYASƏT > Fərhad Abdullayev: "Qanunverici baza bundan sonra daha da dərindən təkmilləşdirilməlidir"

Fərhad Abdullayev: "Qanunverici baza bundan sonra daha da dərindən təkmilləşdirilməlidir"


21-02-2025, 12:41


"Konstitusiyanın üçdə bir hissəsi insan hüquq və azadlıqlarının müdafiəsinə həsr olunub. Bu, demokratiya üçün vacibdir. Bundan başqa, konstitusiyada vəzifələr də nəzərdə tutulub".

Şəffaflıq.az xəbər verir ki, bunu "Gələcəyə baxış: Yeni reallıqlar şəraitində suverenliyin möhkəmləndirilməsi" Forumunda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev deyib.

O, Azərbaycan Konstitusiyasının qəbul edilməsi barədə danışarkən deyib ki, 30 il böyük müddət olmasa da, bu illər ərzində Azərbaycanda dövlət quruculuğu sahəsində çox işlər görülüb.

"Qanunverici baza bundan sonra daha da dərindən təkmilləşdirilməlidir", - deyə F.Abdullayev qeyd edib.

Sədr çıxışı zamanı məhkəmə hakimiyyəti məsələsinə də toxunub. Bildirib ki, məhkəmə hakimiyyəti dövlətdə balansın, ədalətin saxlanması üçün önəmlidir:

"Məhkəmə hakimiyyətinə cəmiyyətin etimadının yüksək olması vacibdir. Bu baxımdan düşünürəm ki, etimad reytinqi olmalıdır ki, cəmiyyətin məhkəməyə böyük etimadı olsun. Bu gün ictimai münasibətlər mürəkkəbləşib. İnsanlar arasında mübahisələr çoxalıb. Əsas olan isə işə əsaslı və qanuni baxmaqdır".


Geri qayıt