Əsas Səhifə > Hadisə > Qarlı hava ilə əlaqədar olaraq gecə saatlarında təcili müşavirə keçirildi
Qarlı hava ilə əlaqədar olaraq gecə saatlarında təcili müşavirə keçirildiDünən, 11:46 |
Gecə saatlarında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədovun rəhbərliyi və agentliyin rəhbər şəxslərinin iştirakı ilə yollarda qarın təmizlənməsi və buzlaşmanın qarşısını almaq istiqamətində görülən və görüləcək işlərlə əlaqədar olaraq təcili müşavirə keçirilib. Şəffaflıq.az xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb. Bildirilib ki, qeyri-sabit hava şəraiti illə əlaqədar keçirilən müşavirədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı şəhərində xidmət etdiyi küçə və prospektlərə, o cümlədən respublikanın avtomobil yollarına qarın təmizlənməsinə və buzlaşmanın qarşısını almaq istiqamətində atılan addımlar müzakirə olunub. Hərəkətin təhlükəsizliyi və fasiləsizliyinin təmin olunması istiqamətində problem müşahidə olunan ərazilərə kifayət qədər maşın-mexanizm və texnika cəlb edilməklə qısa müddətdə yaranmış çətinliyin aradan qaldırılması üçün aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib. Qeyd edək ki, gecə boyu və səhər saatlarında qar təmizləyən və duz-qum səpən texnikalar avtonəqliyyat vasitələrinin hərəkətində problem müşahidə olunan ərazilərə cəlb edilib. Qısa müddət ərzində sözügedən yollarda aparılmış tədbirlər nəticəsində hərəkətin təhlükəsizliyi və fasiləsizliyi təmin olunub. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus maşın-mexanizmlər və canlı qüvvə gecə boyu qarın ən çox yağdığı və buzlaşmanın olduğu ərazilərdə vəziyyətə nəzarət edib, hərəkətin təhlükəsizliyi təmin olunması məqsədi ilə gecə və səhər saatlarında buzlaşma baş verən yollara qum-duz qarışığı səpilib. Gecə boyu Bakı şəhərinin küçə və prospektlərində, həmçinin respublikanın avtomobil yollarında həyata keçirilmiş qabaqlayıcı tədbirlər nəticəsində avtonəqliyyat vasitələrinin hərəkətində hər-hansı bir problem müşahidə olunmayıb. Qeyri-sabit hava şəraitinin davam etməsi ilə əlaqədar yollar nəzarətdə saxlanılır, avtonəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkətinin təmin olunması məqsədilə qabaqlayıcı tədbirlər görülür. Geri qayıt |