Əsas Səhifə > SİYASƏT > İtaliya Senatı Bakı ilə İrəvan arasında sülh prosesinin təşviqi ilə bağlı qətnamə qəbul edib
İtaliya Senatı Bakı ilə İrəvan arasında sülh prosesinin təşviqi ilə bağlı qətnamə qəbul edib20-02-2025, 11:48 |
İtaliya Senatı Azərbaycan və Ermənistan arasında sülh prosesinin təşviqi təşəbbüsünü dəstəkləyən qətnamə qəbul edib. Bu barədə Şəffaflıq.az respublikanın qanunvericilik orqanının məlumatına istinadən xəbər verir. "Assambleya Azərbaycan və Ermənistan arasında sülh prosesinə dəstək təşəbbüsləri ilə bağlı demək olar ki, bütün parlament qruplarının nümayəndələrinin imzaladığı 1-00097 saylı qətnaməni yekdilliklə təsdiqləyib", - iclasın stenoqramında bildirilib. Qeyd olunub ki, senatorlardan birinin təklifi ilə tərəflər arasında tarazlığın qorunması üçün mətnə dəyişikliklər edilib. Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınmasının təsdiqinə, minalardan təmizləmə probleminə istinadlar əlavə edilib. Eyni zamanda, regionda sülhün təşviqi üçün hər iki ölkə ilə balanslaşdırılmış iqtisadi əməkdaşlığın vacibliyi vurğulanıb. Geri qayıt |