Əsas Səhifə > Hadisə > Kür çayının Samuxdan keçən hissəsində iki nəfər batıb.
Kür çayının Samuxdan keçən hissəsində iki nəfər batıb.19-02-2025, 22:20 |
Kür çayının Samuxdan keçən hissəsində iki nəfər batıb. "Report"un məlumatına görə, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar. Batanlardan biri Samux rayonu, Seyidlər kənd sakini 2003-cü il təvəllüdlü Şubliyev İsmayıl Xaliq oğlu, digəri Şəmkir rayon sakini, 1999-cu il təvəllüdlü Müşfiq İsmayılovdur. Hər iki şəxsin balıqçı olduğu deyilir. Hadisənin qayığın çevrilməsi səbəbindən baş verdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır Şəffaflıq.az Geri qayıt |