Əsas Səhifə > XARİCİ XƏBƏR > Tramp fevralın sonunadək Putinlə görüşəcəyini güman edir
Tramp fevralın sonunadək Putinlə görüşəcəyini güman edir19-02-2025, 08:51 |
ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə görüşünün fevralın sonuna qədər baş tuta biləcəyi ehtimalından çıxış edir. Şəffaflıq.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ lideri yeni fərmanlarını imzalayarkən jurnalistlərin suallarını cavablandırarkən təsdiqləyib. Bu, Trampın Florida ştatının Vest-Palm Biç şəhəri yaxınlığında yerləşən Mar-a-Laqo malikanəsində baş verib. ABŞ Prezidentindən Putinlə görüşünün ayın sonuna qədər baş tutacağını hələ də gözləyib-gözləmədiyinə aydınlıq gətirməsi istənilib. “Yəqin ki,” - Tramp cavab verib. O, məsələ ilə bağlı əlavə şərh verməyib. Geri qayıt |