Əsas Səhifə > XARİCİ XƏBƏR > Tramp Ər-Riyadda ABŞ-Rusiya görüşünü çox yaxşı adlandırıb
Tramp Ər-Riyadda ABŞ-Rusiya görüşünü çox yaxşı adlandırıb19-02-2025, 08:48 |
Birləşmiş Ştatların Prezidenti Donald Tramp Ər-Riyadda keçirilən ABŞ-Rusiya danışıqlarını çox yaxşı adlandırıb. "Report"un xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə o, yeni fərmanlarını imzaladıqdan sonra jurnalistlərə açıqlamasında deyib. ABŞ lideri Rusiya-Ukrayna münaqişəsinin həllinə inamının gücləndiyini vurğulayıb. Ondan Səudiyyə Ərəbistanındakı görüş və danışıqlardan sonra Rusiya-Ukrayna münaqişəsinin həllinə dair sazişin bağlanacağına əmin olub-olmaması barədə danışması istənilib. "Mən daha çox əminəm ki, onlar (danışıqlar - red.) çox yaxşı olub", - o, jurnalistlərə deyib. İmzalanma ABŞ liderinin Florida ştatının Vest-Palm-Biç şəhəri yaxınlığında yerləşən Mar-a-Laqo malikanəsində baş tutub. Şəffaflıq.az Geri qayıt |