Əsas Səhifə > EKOLOGİYA > Qar yağacaq, güclü külək əsəcək, temperatur 7-10 dərəcə enəcək - XƏBƏRDARLIQ
Qar yağacaq, güclü külək əsəcək, temperatur 7-10 dərəcə enəcək - XƏBƏRDARLIQ18-02-2025, 15:30 |
Azərbaycanda fevralın 19-u axşamdan 22-si gündüzədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, şimal-qərb küləyinin əsəcəyi və arabir güclənəcəyi, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 7-10 dərəcə aşağı enəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətini xəbərdarlıq yayıb. Bildirilib ki, havanın minimal temperaturu Aran rayonlarında 0-5, dağətəyi rayonlarda 5-10, dağlıq rayonlarda 10-15, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta olacaq. Bakıda və Abşeron yarımadasında isə gecə saatlarında havanın minimal temperaturunun 0 dərəcəyə yaxınlaşacağı, sonrakı günlərədə isə mənfi 3 dərəcəyədək olacağı proqnozlaşdırılır. Bakıda və Abşeron yarımadasında fevralın 19-u axşamdan başlayaraq arabir yağış yağacağı, 20-si səhərdən bəzi yerlərdə sulu qara keçəcəyi, 20-si axşam və 21-də arabir qar yağacağı gözlənilir. Şəffaflıq.az Geri qayıt |