Əsas Səhifə > Dünya > İraq ABŞ hərbçilərinin ölkəni tərk etməsi mexanizminin yaradılmasını tələb etdi
İraq ABŞ hərbçilərinin ölkəni tərk etməsi mexanizminin yaradılmasını tələb etdi10-01-2020, 17:59 |
Şəffaflıq.az xəbər verir ki, İraq hökuməti ABŞ hərbçilərinin ölkəni tərk eləməsi üçün Vaşinqton iqtidarından bir mexanizm yaratmasını tələb edib. İraqın baş naziri Adil Əbdülmehdi ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə dünən apardığı telefon söhbəti zamanı ondan əcnəbi hərbçilərin ölkədən çıxarılması mexanizmini hazırlamaq üçün mütəxəssislər göndərməsini tələb edib. Pompeo da öz növbəsin ABŞ-ın İraqın suverenliyinə hörmət elədiyini bildirib. ABŞ hərbçiləri paytaxt Bağdad şəhərində İran generalı Qasım Süleymaninin qətlə yetirilməsi əməliyyatını keçirdikdən sonra İraq parlamenti və hökuməti Amerika hərbçilərinin ölkəni tərk eləməsi tələbini səsləndirib. Bağdad bu hücumu Amerika qüvvələrinin ölkədə yerləşməsi şərtinin pozulması kimi qiymətləndirib. Geri qayıt |