Əsas Səhifə > ELM VƏ TƏHSİL > Azərbaycan və Ukrayna təhsil sahəsində əməkdaşlığı müzakirə ediblər
Azərbaycan və Ukrayna təhsil sahəsində əməkdaşlığı müzakirə ediblər17-02-2025, 15:38 |
Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) rəhbərliyi ilə görüşüb və təhsil sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib. Şəffaflıq.az xəbər verir ki, bu barədə səfirliyin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib. "Görüşdə Ukrayna universitetləri ilə əməkdaşlıq məsələləri müzakirə edilib və xüsusi diqqət Xerson Dövlət Dəniz Akademiyasına yönəlib. Əsas mövzular birgə konfranslar, tələbə və müəllim mübadiləsi, həmçinin ikili diplom məsələləri olub", - məlumatda qeyd olunub. Geri qayıt |