Əsas Səhifə > SİYASƏT > İlyas İsmayılov vəfat edib
İlyas İsmayılov vəfat edib17-02-2025, 14:34 |
Ədalət Partiyasının sədri İlyas İsmayılov vəfat edib. İ.İsmayılovun yaxınlarının verdiyi məlumata görə, o, bu gün müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib. Qeyd edək ki, İlyas İsmayılov 1938-ci il martın 20-də Tovuz rayonunda anadan olub. 1985-1990-cı illərdə baş prokuror, 1992-1995-ci illərdə isə ədliyyə naziri kimi fəaliyyət göstərib. Milli Məclisin III və IV çağırış deputatı olub. İ.İsmayılov 2001-ci ildən etibarən Ədalət Partiyasına sədrlik edib. Şəffaflıq.az Geri qayıt |