Əsas Səhifə > İdman > Rauf Məmmədov: "Çempionluğu atama həsr edirəm"
Rauf Məmmədov: "Çempionluğu atama həsr edirəm"15-02-2025, 23:03 |
Çempionluğu atama həsr edirəm. Bunu "Report"a açıqlamasında şahmat üzrə Azərbaycan çempionatının qalibi olan Rauf Məmmədov deyib. Qrossmeyster yarımfinalda Teymur Rəcəbov, finalda isə Şəhriyar Məmmədyarovla duelləri dəyərləndirib: "Bu cür şahmatçıları məğlub etmək, əlbəttə, çox çətindir. Bir az da bəxt lazımdır. Şükür Allaha ki, bəxtim də gətirdi. Həm Teymur, həm də Şəhriyarla oyun çətin keçdi". Şahmatçı qarşıdakı planlar barədə sualı da cavablandırıb: "Hələlik dincəlmək istəyirəm. Çünki çox çətin yarış oldu. Daha sonra bu barədə düşünəcəyəm". Şəffaflıq.az Geri qayıt |