Əsas Səhifə > FUTBOL > Premyer Liqa: XXIII tura bir oyunla start veriləcək
Premyer Liqa: XXIII tura bir oyunla start veriləcək15-02-2025, 09:51 |
Misli Premyer Liqasında XXIII tura bu gün bir oyunla start veriləcək. Şəffaflıq.az-ın məlumatına görə, "Sumqayıt" doğma meydanda "Zirə" ilə üz-üzə gələcək. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək görüşün start fiti saat 19:00-da səsləndiriləcək. "Zirə" hazırda turnir cədvəlində 39 xalla üçüncü pillədədir. 7-ci yerdə qərarlaşan Sumqayıt təmsilçisinin isə 22 xalı var. Misli Premyer Liqası II dövrə, XXIII tur 15 fevral 19:00. “Sumqayıt” – “Zirə” Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman İmami, Əli Əliyev. Qeyd edək ki, XXIII turun qalan görüşləri fevralın 16-da və 17-də baş tutacaq. Geri qayıt |