Əsas Səhifə > SİYASƏT > Ötən ay Avropadan Azərbaycana 11 nəfər readmissiya olunub
Ötən ay Avropadan Azərbaycana 11 nəfər readmissiya olunub14-02-2025, 09:58 |
Cari ilin yanvar ayında Dövlət Miqrasiya Xidməti (DMX) 11 şəxsin Azərbaycana readmissiyasını həyata keçirib. Bu barədə "Report"un sorğusuna cavab olaraq DMX-nin Readmissiya məsələləri idarəsindən məlumat verilib. Bildirilib ki, onlar əsasən Avropa ölkələrindən geri qəbul edilmiş şəxslərdir. Proses Azərbaycanın imzaladığı readmissiya sazişləri çərçivəsində həyata keçirilib. Qeyd edək ki, 2024-cü ilin dekabr ayı ərzində 32, noyabrda isə 55 şəxsin Azərbaycana readmissiyası həyata keçirilib. Geri qayıt |