Əsas Səhifə > İnfrastruktur > Bakıda doqquz istiqamətdə sıxlıq müşahidə olunur - SİYAHI
Bakıda doqquz istiqamətdə sıxlıq müşahidə olunur - SİYAHI14-02-2025, 09:54 |
Bakının bir sıra yollarında tıxac yaranıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində; 2. Babək prospekti, mərkəz istiqamətində; 3. Qara Qarayev prospekti, "Qara Qarayev" metrostansiyasından "Koroğlu" metrostansiyası istiqamətində; 4. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində; 5. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər; 6. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; 7. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində; 8. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində; 9. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu" metrostansiyası istiqamətində (dairəyə qədər) sıxlıq müşahidə olunur. Geri qayıt |