Əsas Səhifə > XARİCİ XƏBƏR > Moldovada Rusiya Elm və Mədəniyyət Mərkəzi bağlanacaq.
Moldovada Rusiya Elm və Mədəniyyət Mərkəzi bağlanacaq.13-02-2025, 16:30 |
Moldovada Rusiya Elm və Mədəniyyət Mərkəzi bağlanacaq. Şəffaflıq.az xəbər verir ki, bu barədə Moldova Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. "XİN mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyəti haqqında 1998-ci ildə imzalanmış Moldova-Rusiya hökumətlərarası sazişinin birtərəfli ləğvi barədə qərar qəbul edib. Sazişin ləğvi proseduru başa çatdıqdan sonra Rusiya Mədəniyyət Mərkəzi ölkəmizdə fəaliyyətini dayandıracaq", - nazirlik vurğulayıb. Rusiyanın Kişineudakı səfiri Oleq Ozerov bu gün Moldova XİN-ə çağırılıb və ona müvafiq nota təqdim edilib. XİN-dən bildirilib ki, Kişineu bu qərarı Rusiyaya məxsus pilotsuz uçuş aparatlarının Moldovanın hava məkanını pozaraq ölkənin milli təhlükəsizliyinə ciddi təhdid yaratmasına cavab olaraq qəbul edib. Geri qayıt |