Əsas Səhifə > SİYASƏT > Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçuları təltif ediliblər
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçuları təltif ediliblər13-02-2025, 16:01 |
Prezident İlham Əliyev Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb. Şəffaflıq.az xəbər verir ki, Sərəncama əsasən, Xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçuları təltif edilirlər: “Vətən uğrunda” medalı ilə Babayev Azər Ələddin oğlu – polkovnik Qasımov Elnur Əhməd oğlu – polkovnik “Hərbi xidmətlərə görə” medalı ilə Qayqiyev Şamil Mahama oğlu – mayor. Geri qayıt |