Əsas Səhifə > SAĞLAMLIQ > Uşaq cərrahı çöpçülərlə bağlı valideynlərə müraciət edib
Uşaq cərrahı çöpçülərlə bağlı valideynlərə müraciət edib12-02-2025, 15:43 |
Uşaqlarda yad cismin udulması halı yaşanarsa, valideynlər öncə çöpçüyə yox, mütəxəssislərə müraciət etsinlər. Şəffaflıq.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi K Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun uşaq cərrahı Umud Musayev “Uşaqlarda yad cismin udulması” mövzusunda danışarkən bildirib. O bildirib ki, tibbi savadı olmayan şəxslərin sözügedən halla əlaqədar uşaqlara müdaxiləsi düzgün deyil: “Bu işlə mütəxəssislər məşğul olmalıdır. Əgər uşaq yad cisim udubsa, mütləq həkimə müraciət edilməlidir. Çünki çöpçülər həyati təhlükə yarada biləcək hallara yol verir. Biz çöpçülərdən gələn ağır halları görürük”. Geri qayıt |