Əsas Səhifə > ELM VƏ TƏHSİL > BDU-nun baş müəllimi vəfat edib

BDU-nun baş müəllimi vəfat edib


12-02-2025, 10:54


Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin İngilis dili (təbiət fakültələri üzrə) kafedrasının baş müəllimi İlham Baxış oğlu Əliyev vəfat edib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə BDU məlumat yayıb.

Qeyd edək ki, İ.Əliyev 1962-ci ildə Mingəçevir şəhərində anadan olub. 1969-1979-cu illərdə Mingəçevir şəhər 1 saylı orta məktəbdə, 1983-1988-ci illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun İngilis dili fakültəsində təhsil alıb.

O, 1993-cü ildən BDU-nun İngilis dili (təbiət fakültələri üzrə) kafedrasının baş müəllimi işləyib. 2015-ci ildən həmin kafedranın müdir müavini idi.

İlham Baxış oğlu Əliyevin tədqiqat sahəsi Azərbaycan və ingilis dillərində saytərkibli söz birləşmələri olub.


Geri qayıt