Əsas Səhifə > Hadisə > Şirvanda beş evdən 53 min manatlıq oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Şirvanda beş evdən 53 min manatlıq oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb12-02-2025, 10:18 |
Şirvanda beş evdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə şəhər ərazisində yerləşən beş evdən oğurluq etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Mirzağa Qasımov saxlanılıb. Onun evlərdən 53000 manat dəyərində qızıl-zinət və məişət avadanlıqları oğurladığı müəyyən edilib. Şəffaflıq.az Geri qayıt |