Əsas Səhifə > Hadisə > Sumqayıt şəhərinin 18-ci məhəlləsində yataqxanaların birində mənzildən 2 meyit tapılıb.
Sumqayıt şəhərinin 18-ci məhəlləsində yataqxanaların birində mənzildən 2 meyit tapılıb.9-01-2020, 00:16 |
Sumqayıt şəhərinin 18-ci məhəlləsində yataqxanaların birində mənzildən 2 meyit tapılıb. Şəffaflıq.az APA-ya istinadən xəbər verir ki, yataqxanada ətrafa üfunət iyi yayıldığını görən qonşular aidiyyəti qurumlara müraciət ediblər. Müvafiq qurumlar mənzilin qapısını açaraq içəridə 2 nəfər kişinin meyitini aşkarlayıblar. Araşdırma nəticəsində onların içki məclisindən sonra öldüyü məlum olub. Ehtimal olunur ki, həmin şəxslər yeyib-içdikdən sonra ehtiyatsızlıqdan mənzildə yanğın törədiblər. Ölən şəxslərin məhz tüstüdən zəhərlənərək öldüyü məlum olub. Meyitlərə keçirilən baxış zamanı onların çürüdüyü və hadisənin 5 gün bundan qabaq baş verdiyi istisna olunmur. Ölənlərdən birinin şəxsiyyəti də məlum olub. Bu 1964-cü il təvəllüdlü Şıxıyev Abil Murtuz oğludur. Digər şəxsin kimliyi hələlik məlum deyil. Meyitlər aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır. Şəffaflıq.az Geri qayıt |