Əsas Səhifə > XARİCİ XƏBƏR > Ərəb ölkələri Qəzzanı yenidən qurmaq üçün öz planlarını hazırlayır
Ərəb ölkələri Qəzzanı yenidən qurmaq üçün öz planlarını hazırlayır12-02-2025, 09:29 |
Ərəb ölkələri ABŞ prezidenti Donald Trampın Qəzza zolağı ilə bağlı planına alternativ təqdim etməyə hazırdır. Şəffaflıq.az xəbər verir ki, bunu İordaniyanın xarici işlər naziri Ayman əl-Səfədi “Al Jazeera” telekanalına şərhində bildirib. Nazirin sözlərinə görə, ərəb ölkələri Trampın planına alternativ təqdim etməyə və Qəzza zolağında humanitar fəlakətə son qoymağa qadirdir. Əl-Səfadi bildirib ki, İordaniya tərəfi ABŞ-a səfəri zamanı Amerika liderinə fələstinlilərin qovulmasına deyil, ədalətli və hərtərəfli sülhə nail olmaq məqsədi daşıyan mövqeyini açıqlayıb: “Biz Qəzzanın əhalisini köçürmədən yenidən qurulmasına əsaslanan ərəb planı üzərində işləyirik”. Geri qayıt |