Əsas Səhifə > Hadisə > Abşeronda avtomobil 60 yaşlı qadını vuraraq öldürüb

Abşeronda avtomobil 60 yaşlı qadını vuraraq öldürüb


10-02-2025, 14:55


Abşeronda avtomobilin vurduğu 60 yaşlı qadın ölüb.

Şəffaflıq.az xəbər verir ki, hadisə fevralın 10-u səhər saatlarında qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən piyada, 1965-ci il təvəllüdlü Rəsmiyyə Nemət qızı Salehovanı avtomobil vurub. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Geri qayıt