Əsas Səhifə > ELM VƏ TƏHSİL > Son iki ildə 1 300 müəllim sertifikatlaşma imtahanlarında uğur qazanmadığından işdən kənarlaşdırılıb
Son iki ildə 1 300 müəllim sertifikatlaşma imtahanlarında uğur qazanmadığından işdən kənarlaşdırılıb10-02-2025, 12:11 |
Son iki il ərzində 1 300 müəllim sertifikatlaşma imtahanlarında uğur qazanmadığından işindən kənarlaşdırılıb. “Report” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Dünya Bankının illik qlobal hesabatının təqdimatında "Orta gəlir tələsindən yayınmaq: Azərbaycan üçün dərslər" adlı panel sessiyasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, müəllimlərlə aparılan iş ağrılı prosesdir: "İmtahanlarda yaxşı nəticə göstərməyən müəllim təhsil sistemindən zamanla çıxarılır". Geri qayıt |