Əsas Səhifə > FUTBOL > "Neftçi" Misli Premyer Liqasının XXII turunda bu gün "Zirə" ilə üz-üzə gələcək.
"Neftçi" Misli Premyer Liqasının XXII turunda bu gün "Zirə" ilə üz-üzə gələcək.10-02-2025, 09:19 |
"Neftçi" Misli Premyer Liqasının XXII turunda bu gün "Zirə" ilə üz-üzə gələcək. Şəffaflıq.az-ın məlumatına görə, oyun Zirə İdman Kompleksinin stadionunda, saat 19:00-da start götürəcək. "Qartallar" 39 xalla üçüncü, "ağ-qaralar" 21 xalla yeddinci pillədə qərarlaşıb. Günün ilk matçında isə "Araz-Naxçıvan" "Kəpəz"i qəbul edəcək. Görüş “Liv Bona Dea Arena”da, saat 16:00-da başlayacaq. Naxçıvan təmsilçisi 43 xalla ikinci, Gəncə klubu 17 xalla 9-cu pillədə qərarlaşıb. Azərbaycan Premyer Liqası III dövrə, XXII tur 10 fevral Qeyd edək ki, ötən gün "Şamaxı" evdə "Sumqayıt"ı (1:0), "Sabah" isə "Turan Tovuz"u (2:1) məğlub edib. Tura noyabrın 11-də "Qarabağ" - "Səbail" qarşılaşması ilə yekun vurulacaq. Geri qayıt |