Əsas Səhifə > Dünya > NATO-nun baş katibi İrana səsləndi
NATO-nun baş katibi İrana səsləndi8-01-2020, 20:21 |
NATO-nun Baş katibi Yens Stoltenberq İranın ABŞ hərbi bazalarına endirdiyi hava zərbələrinə münasibət bildirib. Şəffaflıq.az oxu.az-a istinadən xəbər verir ki, baş katib müvafiq postu özünün "Twitter" hesabında paylaşıb: "Mən İranın ABŞ və koalisiya qüvvələrinə qarşı hücumunu pisləyirəm. NATO İranı növbəti zorakı addımlardan çəkinməyə çağırır". Qeyd edək ki, İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ötən gecə ABŞ-ın İraqdakı hərbi bazalarına raket hücumu həyata keçirib. Geri qayıt |