Əsas Səhifə > SİYASƏT > Salyanda Birinci Qarabağ müharibəsinin şəhidi Elşad Tağıyevlə vida mərasimi keçirilir
Salyanda Birinci Qarabağ müharibəsinin şəhidi Elşad Tağıyevlə vida mərasimi keçirilir7-02-2025, 12:49 |
İmişli rayonunda naməlum əsgərlərin məzarlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Elşad Qubad oğlu Tağıyevin meyitinin qalıqları Salyan rayonuna gətirilib. Şəffaflıq.az-ın məlumatına görə, şəhidin nəşi Salyan rayonu Seyidsadıqlı kəndində ailəsinə təhvil verilib. Hazırda kənddə şəhidlə vida mərasimi keçirilir. Qeyd edək ki, Elşad Qubad oğlu Tağıyev 1971-ci ildə Salyan rayonunun Seyidsadıqlı kəndində anadan olub. O, 1993 cü il yanvarın 4-də Füzuli rayonunun Şükürbəyli kəndi istiqamətində itkin düşüb. E.Tağıyev Seyidsadıqlı kənd qəbiristanlığında dəfn olunacaq. Geri qayıt |