Əsas Səhifə > Hadisə > Cəbrayıl şəhərciyində narkotikə görə bir qadın şübhəli bilinərək saxlanılıb

Cəbrayıl şəhərciyində narkotikə görə bir qadın şübhəli bilinərək saxlanılıb


Dünən, 11:04


Cəbrayıl şəhərciyində narkotikə görə bir qadın şübhəli bilinərək həbs edilib.

Bildirilib ki, Biləsuvar rayonu Cəbrayıl şəhərciyində narkotik vasitələr aşkarlanıb. Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin və psixotrop həblərin qanunsuz dövriyyəsini təşkil edən Leyla Musayeva saxlanılıb. Ondan 3 kiloqram marixuana və psixotrop tərkibli metodon həbləri aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, L.Musayeva barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Şəffaflıq.az


Geri qayıt