Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > ABŞ BMT-nin İnsan Hüquqları Şurasından çıxıb
ABŞ BMT-nin İnsan Hüquqları Şurasından çıxıbDünən, 10:59 |
ABŞ Prezidenti Donald Tramp BMT-nin İnsan Hüquqları Şurasından (BMT İHŞ) və BMT-nin Fələstin Qaçqınlarına Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyindən (UNRWA) çıxmaq barədə icra fərmanı imzalayıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə Ağ evin mətbuat xidməti məlumat yayıb. Sənəddə başqa təfərrüatlar qeyd olunmayıb. ABŞ artıq Trampın birinci prezidentlik müddətində BMT İHŞ-dən çıxmışdı. Vaşinqton uzun müddətdir ki, şuranı İsrailə qarşı qərəzli yanaşmaqda və insan hüquqlarını pozan hökumətləri müdafiə etməkdə günahlandırır. Yanvar ayında BMT Baş katibinin daimi nümayəndəsinin müavini Fərhan Hak bildirib ki, ABŞ-nin BMT qarşısında ümumi borcu 2,8 milyard dollara çatıb. Ötən ay Tramp ABŞ-nin Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxması barədə fərman imzalayıb. Geri qayıt |