Əsas Səhifə > REGİON > Yaponiyanın ölkəmizdəki səfiri İsmayıllıya səfər edib

Yaponiyanın ölkəmizdəki səfiri İsmayıllıya səfər edib


4-02-2025, 19:11


 Yaponiyanın ölkəmizdəki səfiri İsmayıllıya səfər edib

Bu gün Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Katsuya Vatanabe və səfirin üçüncü katibi Hiquçi Kazuki İsmayıllı rayonuna səfər edib.  

Şəffaflıq.az xəbər verir ki,Yaponiyalı diplomat əvvəlcə rayon rəhbərliyi ilə görüşüb. Rayon icra hakimiyyətinin başçısı Nahid Bağırov səfirə İsmayıllının tarixi, iqtisadiyyatı, mədəniyyəti, turizm potensialı barədə ətraflı məlumat verib. Bildirilib ki, İsmayıllıda turizm sahəsinin inkişafı üçün bütün imkanlar mövcuddur. Səfirə rayonda reallaşdırılan və gələcəkdə nəzərdə tutulan layihələr barədə də məlumat verilib. Görüşdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Səfir Katsuya Vatanabe qonaqpərvərliyə görə minnətdarlığını bildirib, məqsədinin rayonla daha yaxından tanış olmaq olduğunu diqqətə çatdırıb.

Daha sonra səfir Heydər Əliyev adına parkda salınmış Yapon Bağı adlanan ərazidə olub, “Home-stay” klubu arasında müəllim-tələbə əməkdaşlıq proqramı çərçivəsində Yaponyanın İto şəhərində olmuş şagird və müəllimlərlə görüşüb. 

Diplomatik səfir həmçinin Basqal Dövlət Qoruğu ilə tanış olub. Ona Basqalın tarixi haqqında geniş məlumat verilib. 

Xatırladaq ki, 2013-cü il noyabrın 22-də İsmayıllı rayonu ilə Yaponiyanın İto şəhəri arasında qarşılıqlı dostluq mübadiləsi haqqında saziş imzalanmış və “Qardaşlaşmış şəhərlər” protokoluna əsasən 2014-cü ildən başlayaraq İsmayıllı məktəbliləri ilə İto beynəlxalq “Home-stay” klubu arasında müəllim-tələbə əməkdaşlıq proqramı həyata keçirilir.


Geri qayıt