Əsas Səhifə > SİYASƏT > Azərbaycan XİN başçısının müavini Somalidə səfərdədir
Azərbaycan XİN başçısının müavini Somalidə səfərdədir4-02-2025, 14:23 |
Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Somalidə səfərdədir. “Report” xəbər verir ki, bu barədə Somalinin Türkiyədəki səfirliyinin X hesabında məlumat verilib. "Somalinin xarici işlər üzrə dövlət naziri Əli Ömər və ölkənin Azərbaycandakı qeyri-rezident səfiri Fathudin Əli Mohamed bu gün Moqadişo beynəlxalq hava limanında Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin başçılıq etdiyi yüksək səviyyəli nümayəndə heyəti ilə görüşüblər", - məlumatda qeyd olunub. Moqadişoya ikigünlük səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti müxtəlif rəsmilərlə görüşlər keçirəcək və iki ölkə üçün qarşılıqlı maraq doğuran çoxsaylı mövzuları müzakirə edəcək. Geri qayıt |