Əsas Səhifə > EKOLOGİYA > Havanın temperaturu enəcək, yağış, qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Havanın temperaturu enəcək, yağış, qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ4-02-2025, 13:17 |
Bəzi dağlıq rayonlarda fevralın 6-8-də gecə və səhər saatlarında yolların buz bağlama ehtimalı var. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, Azərbaycanın rayonlarında bir neçə gün davam edən mülayim, yağmursuz hava şəraitindən sonra fevralın 5-i axşam şərq rayonlarından başlayaraq ayın 8-dək hava şəraiti dəyişəcək. Belə ki, havanın fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi Aran, Lənkəran-Astara) isə yağıntıların intensivləşəcəyi ehtimal olunur. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8° aşağı enəcək. Şəffaflıq.az Geri qayıt |