Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > USAID-in Vaşinqtondakı baş qərargahı bağlanıb

USAID-in Vaşinqtondakı baş qərargahı bağlanıb


Bu gün, 14:49


ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Vaşinqtonda yerləşən baş qərargahı administrasiyanın qərarı ilə bağlanıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.

Agentliyin Vaşinqtondakı Ronald Reyqan binasında yerləşən baş qərargahından quruma aid lövhənin çıxarıldığı qeyd olunur.

Milyarder İlon Maskın rəhbərlik etdiyi Dövlət İdarəetməsinin Səmərəliliyi Departamenti (DOGE) agentliyin məxfi məlumatlarının olduğu bütün kompüter sistemlərini nəzarətə götürüb.

ABŞ Konqresinin Tədqiqat Xidmətinin məlumatına görə, ötən il USAID təxminən 40 milyard dollar məbləğində vəsaitə sərəncam verib.

Qeyd edək ki, bundan əvvəl İ.Mask təşkilatın ləğvi prosesinə başlanıldığını bəyan edib.


Geri qayıt