Əsas Səhifə > MILLI MƏCLİS > Azərbaycan-Oman parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılıb

Azərbaycan-Oman parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılıb


Bu gün, 13:57


Azərbaycan və Oman Sultanlığı parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılıb.

Şəffaflıq.az xəbər verir ki, bununla bağlı parlamentin yaz sessiyası üzrə bugünkü ilk plenar iclasında "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə İşçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Milli Məclisin qərarında dəyişiklik layihəsi müzakirə edilib.

Layihəyə əsasən, işçi qrupunun rəhbəri deputat Səbinə Salmanova təyin edilib.

Dəyişiklik layihəsi müzakirələrdən sonra qəbul edilib.


Geri qayıt