Əsas Səhifə > Hadisə > Tərtər sakinindən "Kalaşnikov" aşkarlanıb

Tərtər sakinindən "Kalaşnikov" aşkarlanıb


Bu gün, 10:04


Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Xasaybəy Sadıqlı saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə Regional Qrupundan məlumat verilib.

Bildirilib ki, ondan psixotrop maddə metamfetamin və “Kalaşnikov” avtomatı aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, X.Sadıqlı barəsində həbs qətimkan tədbiri seçilib.

Şəffaflıq.az


Geri qayıt