Əsas Səhifə > XARİCİ XƏBƏR > Donald Tramp: Paytaxt Vaşinqtonda təyyarə və helikopterin toqquşması nəticəsində sağ qalanın olmadığını açıqlayıb
Donald Tramp: Paytaxt Vaşinqtonda təyyarə və helikopterin toqquşması nəticəsində sağ qalanın olmadığını açıqlayıbDünən, 22:11 |
ABŞ Prezidenti Donald Tramp paytaxt Vaşinqtonda təyyarə və helikopterin toqquşması nəticəsində sağ qalanın olmadığını açıqlayıb. Şəffaflıq.az xəbər verir ki, bunu Tramp brifinqdə söyləyib. “Təəssüf ki, sağ qalan yoxdur”, – o, Ağ evdə çıxışı zamanı bildirib. Tramp həmçinin qeyd edib ki, sərnişin təyyarəsinin ekipajı düzgün hərəkət edib: “Vaşinqtondakı qəzaya, əslində, helikopter səbəb olub”. Xatırladaq ki, əvvəl “American Airlines” şirkətinə məxsus “Bombardier CRJ700” təyyarəsi Vaşinqtonda Reyqan adına Milli Hava Limanı yaxınlığında “Sikorsky H-60 Black Hawk” hərbi helikopteri ilə toqquşduqdan sonra Potomak çayına düşüb. Təcili yardım xidmətinin nümayəndələri hadisədən sonra sağ qalanların olmadığını ehtimal ediblər. Geri qayıt |