Əsas Səhifə > Mədəniyyət / Cəmiyyət > Azərbaycan diplomatları Silikon vadisində yeni açılmış məscidi ziyarət ediblər
Azərbaycan diplomatları Silikon vadisində yeni açılmış məscidi ziyarət ediblərDünən, 12:50 |
Azərbaycanın Los-Ancelesdəki konsulluğunun diplomatları Silikon vadisində yeni açılmış Ərtoğrul Qazi məscidini ziyarət ediblər. Şəffaflıq.az xəbər verir ki, bu barədə Azərbaycanın Kaliforniyadakı diplomatik nümayəndəliyinin “Yeni açılmış Ərtoğrul Qazi məscidini ziyarət etməkdən şad olduq. [Türkiyənin] Dəyanət Vəqfi Silikon vadisi şöbəsinin səmimi qəbulu və qonaqpərvərliyinə görə ürəkdən təşəkkür edirik. Dolğun müzakirələrə görə icma üzvlərinə minnətdarıq”, – Azərbaycanın Los-Ancelesdəki Baş konsulluğunun sosial şəbəkə hesabında qeyd olunub. Xatırladaq ki, daha əvvəl azərbaycanlı diplomatlar Kaliforniyada ASALA terrorçularının qurbanı olmuş türkiyəli həmlarlarının xatirəsini yad etmişdilər. Geri qayıt |