Əsas Səhifə > XARİCİ XƏBƏR > ABŞ “Trident II” raketlərinin xidmət müddətini uzatmaq üçün müqavilə imzalayıb

ABŞ “Trident II” raketlərinin xidmət müddətini uzatmaq üçün müqavilə imzalayıb


Bu gün, 09:25


ABŞ “Trident II” sualtı qayıqlarından buraxılan nüvə ballistik raketlərinin xidmət müddətinin uzadılması proqramı çərçivəsində “Lockheed Martin” müdafiə sənayesi konserninin bölməsi ilə 383 milyon dollarlıq müqavilə imzalayıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.

“Florida ştatının “Lockheed Martin Space” şirkəti əvvəllər verilmiş “Trident II” xidmət müddətini uzatma müqaviləsinin 383,1 milyon dollar artırılmasına layiq görülüb”, - məlumatda deyilir.

Qeyd edilir ki, bu, dizaynın və inkişafın təkmilləşdirilməsi ilə bağlıdır. Müqavilənin təfərrüatları açıqlanmır. Pentaqon qeyd edib ki, işlər 30 sentyabr 2030-cu ilə qədər tamamlanmalıdır.


Geri qayıt