Əsas Səhifə > SİYASƏT > Dini Komitə yanında İctimai Şuraya seçkilərin nəticəsi açıqlanıb
Dini Komitə yanında İctimai Şuraya seçkilərin nəticəsi açıqlanıbBu gün, 17:58 |
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın yeni tərkibinin müəyyən olunması üçün seçki keçirilib. "Şəffaflıq.az-ın məlumatına görə, seçkinin təşkili məqsədilə Dövlət Komitəsi nümayəndələrindən 4, vətəndaş cəmiyyəti institutlarından 5 üzv olmaqla 9 nəfərdən ibarət Seçki Komissiyası yaradılıb və Komissiyanın protokoluna əsasən Şuraya üzvlüyün say həddi 11 nəfər olaraq təsdiq edilib. Seçki Komissiyası tərəfindən vətəndaş cəmiyyəti institutlarının 14 nəfər nümayəndəsi namizəd kimi qeydə alınıb. Seçkilərin keçirilməsi ilə bağlı səsvermədə iştirak etmək üçün seçici qismində iştirakla bağlı sənədləri qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun olan 40 seçici rəsmi qeydiyyata alınıb. Onlardan 34 nəfər səsvermədə iştirak edib. Seçkinin yekunu olaraq İctimai Şuranın 11 nəfərdən ibarət yeni tərkibi seçilib. Həmin şəxslər aşağıdakılardır:
Geri qayıt |