Əsas Səhifə > Hadisə > Azərbaycana narkotik keçirməyə cəhd edən İran vətəndaşı saxlanılıb
Azərbaycana narkotik keçirməyə cəhd edən İran vətəndaşı saxlanılıbBu gün, 13:03 |
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısını alıblar. Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Bildirilib ki, “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir. Şəffaflıq.az Geri qayıt |