Əsas Səhifə > MALİYYƏ > ARDNF əməkhaqqı ödənişlərini 12 %-ə yaxın artıracaq

ARDNF əməkhaqqı ödənişlərini 12 %-ə yaxın artıracaq


28-01-2025, 18:54


2025-ci ildə Dövlət Neft Fondunun (ARDNF) idarə edilməsi ilə bağlı xərclərin 43,725 milyon manat təşkil edəcəyi gözlənilir.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Hesablama Palatasının Fondun builki büdcəsinə verdiyi rəydə bildirilir.

Məlumata görə, bu, 2024-cü ilin proqnozu ilə müqayisədə 14,3 % çoxdur.

ARDNF-in builki xərclərinin 17,138 milyon manatını və yaxud təxminən 39,2 %-ni əməyin ödənişi xərcləri təşkil edəcək. Bu da 2024-cü ilin proqnozuna nisbətən 11,7 % çoxdur.

Bu il fond satınalmalara 22,359 milyon manat (ötən illə müqayisədə 27,6 % çox), sosial ödənişlərə 0,1 milyon manat (dəyişməyib), qeyri-maliyyə aktivlərinə isə 4,129 milyon manat (27,8 % çox) xərcləyəcək.


Geri qayıt