Əsas Səhifə > SİYASƏT > Sabahkı bələdiyyə seçkilərində 16 min 92 namizəd mübarizə aparacaq
Sabahkı bələdiyyə seçkilərində 16 min 92 namizəd mübarizə aparacaq28-01-2025, 14:39 |
Sabahkı bələdiyyə seçkilərində 16 min 92 namizəd mübarizə aparacaq. "Report" xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 2025-ci il yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərinə həsr olunmuş mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, namizədlərdən 99,7 faizi imza vərəqələrini geri qaytarıb. M.Pənahov bildirib ki, seçki bülleteninə adı daxil edilən namizədlərin 8424 nəfəri partiya üzvüdür: "7 588 nəfər bitərəf olaraq bələdiyyə seçkilərinə qatılıb. Qeydə alınmış namizədlərin 31 faizindən çoxu qadındır. Bələdiyyəyə namizədlərin 82 faizi ali təhsillidir. 41 faiz namizəd isə 21-35 yaş aralığındadır". Geri qayıt |