Əsas Səhifə > Dünya > Ermənistanda Baş nazir Nikol Paşinyanın adından yalan mesaj yayımlayaraq şok effekti yaradan jurnalist həbs olunub.

Ermənistanda Baş nazir Nikol Paşinyanın adından yalan mesaj yayımlayaraq şok effekti yaradan jurnalist həbs olunub.


6-01-2020, 19:15

Ermənistanda Baş nazir Nikol Paşinyanın adından yalan mesaj yayımlayaraq şok effekti yaradan jurnalist həbs olunub.
Şəffaflıq.az “euronews”ə istinadən xəbər verir ki, adı açıqlanmayan jurnalist, Paşinyanın ABŞ prezidenti Donald Trampa zəng edərək onu iranlı general Qasım Süleymaninin öldürülməsi ilə bağlı təbrik etdiyini irəli sürüb. Ermənistan və İran arasında diplomatik gərginliyə səbəb ola biləcək saxta xəbərin yayılmasından sonra Paşinyan təkzib açıqlaması vermək məcburiyyətində qalıb.
Axtarışlardan sonra təhlükəsizlik əməkdaşları jurnalistin yerini müəyyən edərək onu həbs edib. O, keçmiş prezident Robert Köçəryanın həbsinə etiraz məqsədiylə belə addım atdığını bildirib.
Qeyd edək ki, Paşinyanın adından yayılan saxta xəbər Azərbaycan və İran mediasında da böyük müzakirələrə yol açmışdı.

Geri qayıt