Əsas Səhifə > EKOLOGİYA > Dağlıq ərazilərdə 13 dərəcəyədək şaxta qeydə alınıb – FAKTİKİ HAVA
Dağlıq ərazilərdə 13 dərəcəyədək şaxta qeydə alınıb – FAKTİKİ HAVA26-01-2025, 12:11 |
Saat 10:00-a olan məlumata əsasən hava şəraiti bəzi şərq rayonlarında arabir yağıntılı olub. ETSN-in Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yağıntının miqdarı Lənkəranda 3, Biləsuvar, Cəlilabad, Astarada 1 mm-dək olub. Sumqayıt, Culfa, Gəncə, Şəmkir, Şamaxı, Qobustan, Quba, Qusar, Xaltan, Tərtər, Yevlax, Göyçay, Sabirabad, Cəfərxan, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 200-500 metrədək məhdudlaşıb. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 7, Aran rayonlarında 8 dərəcəyədək isti, Naxçıvan MR və dağlıq rayonlarda 5, yüksək dağlıq ərazilərdə isə 13 dərəcəyədək şaxta qeydə alınıb. Şəffaflıq.az Geri qayıt |