Əsas Səhifə > Cəmiyyət > İki seçki məntəqəsində səsvermənin nəticələri ləğv olunub.

İki seçki məntəqəsində səsvermənin nəticələri ləğv olunub.


6-01-2020, 10:02

 Azərbaycanda dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri zamanı iki seçki məntəqəsində səsvermənin nəticələri ləğv olunub.
Şəffaflıq.az xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) yanvarın 5-da  keçirilən iclasında qərar qəbul edilib.

İclasda bildirilib ki, səsvermə günü sözügedən məntəqələrdə lentə alındığı iddia olunaraq sosial şəbəkələrdə paylaşılan görüntülər araşdırılıb.Belə ki, 30 saylı Suraxanı Birinci Dairə Seçki Komissiyasının 24 saylı seçki məntəqəsinin və 31 saylı Suraxanı Birinci Dairə Seçki Komissiyasının 30 saylı seçki məntəqələrində seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən bəzi qanun pozuntuları ilə bağlı müraciət dinlənilib.

MSK nəzdində Ekspert qrupunun üzvü şikayəti araşdırıb və müraciətdə qeyd olunanlar öz təsdiqini qismən tapıb.Eyni zamanda 30 saylı Suraxanı Birinci Dairə Seçki Komissiyasının 24 saylı seçki məntəqəsinin və 31 saylı Suraxanı İkinci Dairə Seçki Komissiyasının 30 saylı seçki məntəqəsinin nəticələrinin ləğv olunması ilə bağlı qərar qəbul edilib.
Qeyd edək ki, iki məntəqədə səsvermənin nəticələrinin ləğv edilməsi Qaraçuxur bələdiyyəsinə seçkilərin nəticələrini dəyişməyib.
Geri qayıt